Bakı. Trend:
Slovakiyanın şimal-şərqindəki Yüksək Tatras dağlarında qar
uçqunu nəticəsində iki xizəkçi həlak olub.
Trend xəbər verir
ki, bu barədə “Markiza” telekanalı məlumat yayıb.
Qəza 25 fevral günortadan sonra baş verib. Hadisə yerinə
helikopterlə aparılan və şahidlər tərəfindən çağırılan
xilasedicilər bir neçə metr qarın altından çıxarılan xizəkçilərə
tibbi yardım göstərməyə uğursuz cəhd göstəriblər.
Slovakiyanın Dağ Xilasetmə Xidməti qəfil istiləşmə nəticəsində
qar əriməsinin sürətlənməsi səbəbindən dağlarda qar uçqunları
riskinin artması barədə xəbərdarlıq edib.

