Burkina Faso və ABŞ səhiyyə sahəsində anlaşma memorandumu imzaladı

Baş səhifə

Bakı. Trend:

Burkina Faso və ABŞ səhiyyə sahəsində əməkdaşlıq haqqında
anlaşma memorandumu imzalayıblar.

Trend xəbər verir
ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Beş illik müddəti əhatə edən sənəd Saheldə səhiyyə sistemini
gücləndirməklə yanaşı, Burkina Fasonun yoluxucu xəstəliklərə qarşı
müstəqil şəkildə cavab vermək qabiliyyətini təşviq etməyi nəzərdə
tutur.




Memorandum çərçivəsində Dövlət Departamenti Konqreslə birlikdə
Burkina Fasonun HİV, malyariya və digər yoluxucu xəstəliklərlə
mübarizə səylərini dəstəkləmək, həmçinin epidemioloji nəzarəti və
epidemiyalara qarşı mübarizə imkanlarını gücləndirmək üçün 147
milyon dollara qədər vəsait ayırmağı planlaşdırır. Bunun
müqabilində Burkina Faso daxili səhiyyə xərclərini 107 milyon
dollar artırmağı öhdəsinə götürür.

Qeyd olunub ki, memorandumun icrası başa çatdıqdan sonra Burkina
Faso ABŞ tərəfindən maliyyələşdirilən səhiyyə işçilərini milli
səhiyyə sisteminə inteqrasiya edəcək.

Səhiyyə strategiyasının bir hissəsi olaraq, ABŞ artıq 16 digər
Afrika ölkəsi ilə oxşar memorandumlar imzalayıb.