Qlobal borc 348,3 trilyon dollara çataraq tarixi rekordu yenilədi

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə qlobal borcun həcmi dövlətlərin, ev
təsərrüfatlarının, maliyyə və qeyri-maliyyə şirkətlərinin
öhdəlikləri daxil olmaqla 29 trilyon dollar artaraq 348,3 trilyon
dollara çatıb və tarixi rekord yenilənib.

Trend xəbər verir
ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutu məlumat yayıb.




Bildirilir ki, bu artım əsasən suveren borcların yüksəlməsi ilə
bağlı olub. Artımın 10 trilyon dollardan çoxu məhz dövlət
öhdəliklərinin payına düşüb. Bu artımın təxminən dörddə üçü isə
ABŞ, Çin və avrozona ölkələrinin payına düşüb.

Hazırda qlobal borcun artımı daha çox dünyanın ən böyük
iqtisadiyyatlarında davam edən büdcə kəsirləri ilə əlaqədardır.