
Bakı. Trend:
ABŞ-də kommersiya neft ehtiyatları 20 fevralda başa çatan həftə
ərzində 15,989 milyon barel artıb.
Trend xəbər verir
ki, bu barədə ölkənin ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Analitiklər orta hesabla 1,8 milyon barel artım
proqnozlaşdırırdılar.
Benzin ehtiyatları həftə ərzində 1,011 milyon barel azalıb,
distillə edilmiş neft ehtiyatları isə 252 min barel artıb.
New York Mercantile Exchange-də (NYMEX) ticarət edilən xam
neftin saxlanıldığı Kuşinq terminalındakı ehtiyatlar əvvəlki həftə
1,095 milyon barel azalmadan sonra 881 min barel artıb.


