
Bakı. Trend:
Kanada hakimiyyəti çərşənbə günü Kubaya səkkiz milyon Kanada
dolları (5,85 milyon ABŞ dolları) məbləğində təcili humanitar
yardım göstərəcəklərini açıqlayıb.
Trend-in EFE
agentliyinə istinadən verdiyi məlumata görə, bu vəsait ərzaq
alınması üçün istifadə olunacaq.
Ottava izah edib ki, vəsait Ümumdünya Ərzaq Proqramı və
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu vasitəsilə ayrılacaq və
həmin qurumlar yardımın birbaşa ehtiyacı olanlara çatdırılmasını
təmin edəcək.
Kanadanın xarici işlər naziri Anita Anand bildirib ki, “Kanada
Kubadakı hadisələri izləməyə davam edir və dəyişən mühitdə zəruri
sorğulara vaxtında cavab verilməsini təmin etmək üçün həmkarları
ilə birbaşa əlaqə saxlayır”.
O qeyd edib ki, “Kanadanın xarici siyasəti humanitar vəziyyətə
yönəlib”.


