Kreml Putin, Tramp və Zelenskinin üçtərəfli görüşünün hansı halda mümkün ola biləcəyini açıqlayıb

Baş səhifə
Kreml Putin, Tramp və Zelenskinin üçtərəfli görüşünün hansı halda mümkün ola biləcəyini açıqlayıb

Dmitri Peskov

Rusiya, Ukrayna və ABŞ prezidentlərinin üçtərəfli görüşü yalnız razılaşmaların tamamlanması üçün mümkündür.

“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Vladimir Putin, Donald Tramp və Volodimir Zelenskinin üçtərəfli formatda şəxsən görüşməsinin yalnız razılaşmaların yekunlaşdırılması üçün mənası var”, – o deyib.

Peskov qeyd edib ki, Kiyev hazırkı danışıq mövqelərini saxladığı müddətcə Putin və Zelenskinin mümkün görüşünün məzmunu sual altında qalır.

O həmçinin vurğulayıb ki, Zelenskiyə Moskvaya gəlmək təklifi qüvvədə qalır.