ADY yeni istiqamət üzrə sərnişindaşımaya başlayacaq – EKSKLÜZİV

Baş səhifə
ADY yeni istiqamət üzrə sərnişindaşımaya başlayacaq – EKSKLÜZİV

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) yeni istiqamət üzrə sərnişin daşıma fəaliyyətinə başlayacaq.

“Report”un əldə etdiyi məlumata görə, sürətli qatarlar Kürdəmir Dəmiryol Stansiyasında da dayanacaq.

Hazırda Kürdəmir istiqamətində sərnişindaşımanın təşkili ilə bağlı hazırlıq işləri aparılır. Artıq Kürdəmir Dəmiryol Stansiyasında təmir işləri həyata keçirilir.

Bu istiqamətdə sərnişindaşımalara yaxın günlərdə başlanılması planlaşdırılır.