Qəbələdə ağır qəza: sürücü hadisə yerində öldü

Baş səhifə

Bakı.Trend:

Bu gün saat 18 radələrində Qəbələ rayonunun Məmmədağalı kəndi
ərazisində “Ford” markalı minik avtomobili idarəetmədən çıxaraq
ağaca çırpılıb.

Trend-in
məlumatına görə, hadisə nəticəsində sürücü, 24 yaşlı Nuran
Muradasılov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.




Ərazi üzrə polis orqanında faktla bağlı cinayət işi başlanılıb,
araşdırmalar aparılır.