
Bakı. Trend:
Qazaxıstanın Karağandı əyalətində ölkənin hava qüvvələrinə
məxsus “Su-30CM” qırıcısı qəzaya uğrayıb.
Trend xəbər verir
ki, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, toqquşmadan əvvəl hərbi təyyarənin ekipaj üzvləri
katapult etməyə nail olublar. Hər iki pilot qəzadan sağ ayrılıb.
Qəza yerində əhaliyə və ya infrastruktur obyektlərinə hər hansı
təhlükənin yaranmadığı qeyd olunur.
Qazaxıstanın Müdafiə Nazirliyi qəzanın səbəblərinin
müəyyənləşdirilməsi üzrə istintaqın aparılması üçün komissiya
yaradıb.


