
Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycanda könüllü sığorta növlərinin
hesabına 136,456 milyon manat sığorta haqqı toplanılıb.
Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin
eyni dövrü ilə müqayisədə 4,145 milyon manat və ya 2,9% azdır.
Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər isə 12,7
milyon manat və yaxud 34% artaraq 50,262 milyon manata çatıb.
Beləliklə, bu ilin yanvar ayında könüllü sığorta bazarında
toplanmış hər 100 manat sığorta haqqının 36,8 manatı müştərilərə
geri ödənilib.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət
göstərən 16 sığorta şirkəti vasitəsilə 156,604 milyon manat
məbləğində sığorta haqqı toplanıb.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə
müqayisədə 7,054 milyon manat və ya 4,3% azdır.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 62,012 milyon
manat təşkil edib və illik ifadədə 14,389 milyon manat və ya 30,2%
artıb.


