
Bu il Azərbaycanda iki ali təhsil müəssisəsi tədqiqat universitetinə çevrilə bilər.
“Report” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov AMEA-nın 2025-ci il üzrə ümumi yığıncağında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, süni intellektin hazırda rolu önəmlidir:
“Dünyaya baxdıqda IV Sənaye inqilabını görürük. Hazırda texnologiyalar inkişaf edir və Azərbaycan da bu yöndə inkişaf davam edir. Müasir texnologiyalar, süni intellekt sayəsində bu gün dünyada gedən müharibələr idarə olunur. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən dünya ölkələri də bəhrələnir”.
Nazir müavini qeyd edib ki, Elm və Təhsil Nazirliyinin qarşısında böyük işlər dayanır:
“Bu gün Azərbaycan şagirdləri dünyanın nüfuzlu universitetlərində təhsil alır. Təhsil, elm və istehsalat inteqrasiya edilməlidir. 2024-cü ildən nazirlikdə bu yöndə islahatlara start verildi. Hazırda 15 müəssisə nazirliyin tərkibində fəaliyyət göstərir. Təhsil və innovasiyalar arasında əlaqələrin gücləndirilməsi, universietlərin tədqiqat universitetlərinə çevrilməsi yönündə addımlar atılıb. Bu il Azərbaycanda iki universitet tədqiqat universitetinə çevrilə bilər”.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


