Cənubi Koreya və ABŞ martda birgə hərbi təlim keçiricək

Baş səhifə

Cənubi Koreya və ABŞ martın 9-dan 19-dək “Freedom Shield” adı altında genişmiqyaslı birgə hərbi təlimlər keçirəcəklər.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə hər iki ölkənin hərbi rəsmiləri bu gün keçirilən brifinqdə məlumat veriblər.

Rəsmi açıqlamalara görə, illik təlimlər müdafiə xarakteri daşıyır. Lakin bu xüsusiyyətə baxmayaraq, təlimlər uzun illərdir ki, Şimali Koreya ilə gərginlik yaradır. Şimali Koreya təlimləri hərbi təcavüzün hazırlığı olaraq tənqid edərək, hər dəfə bu cür təlimlərin keçirilməsini ölkəyə qarşı bir təhdid kimi görür.