İKTA sədri: Vətəndaş modemi evdə gizlədir, sonra provayderdən şikayət edir

Baş səhifə

İnternetdəki problemlərin təxminən 35-40%-i evin daxilindədir.

APA-Economics” xəbər verir ki, bunu “A-dan Z-yə internet: Media üçün praktik təlim”də İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin idarə heyətinin sədri Nail Mərdanov deyib.

“Bu yaxınlarda bir evdə internetin zəif olması səbəbindən vətəndaşın evinə baxış keçirildi, məlum oldu ki, modemi alçipanın altında qutuya qoyaraq gizlədib, sonra provayderdən şikayətlənir. Bu cür məlumatsızlığı aradan qaldırmaq lazımdır”, – deyə o əlavə edib.