
Lənkəranda yolda sürüşmə olub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, son günlər yağan intensiv yağışlardan sonra Lənkəran rayonunun Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda torpaq sürüşməsi baş verib. Nəticədə yolun asfalt örtüyü çöküb nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Qeyd edək ki, sözügedən yol 7 yaşayış məntəqəsini şəhər mərkəzi ilə birləşdirir.


