Boliviyada ölkənin ən böyük şəhərinin meri saxlanıldı

Baş səhifə

Bakı. Trend:

Boliviyanın Santa-Kruz-de-la-Sierra şəhərinin meri Conni
Fernandes vəzifə səlahiyyətlərini yerinə yetirərkən səhlənkarlıqda
şübhəli bilinərək saxlanılıb.

Trend-in
məlumatına görə, bu barədə bu barədə “Red Uno” televiziya kanalı
xəbər verib.




Məlumata əsasən, prokurorluq C.Fernandesin təqsirləndirilən şəxs
qismində dindirilməsinə gəldikdən sonra onun həbsi üçün order
verib. O, nüfuzdan istifadə, vəzifələrinin icrasında səhlənkarlıq
və dövlətə iqtisadi ziyan vurmaqda şübhəli bilinir.

C.Fernandesin prokurorluq binası halı pişləşib və o, xəstəxanaya
aparıldı. Vəkilinin sözlərinə görə, müvəkkilinin ağır tənəffüs
xəstəliyi var.