ABŞ-nin patrul təyyarəsi Hörmüz boğazı üzərində yeni kəşfiyyat missiyaları həyata keçirdi

Baş səhifə

Bakı. Trend

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “P-8A Poseidon” sualtı qayıq
əleyhinə patrul təyyarəsi İranın cənubundakı Hörmüz boğazı üzərində
növbəti kəşfiyyat missiyası həyata keçirib.

Trend-in
məlumatına görə, bu barədə “Flightradar24” aviasiya resursundan
bildiriblər.




Məlumata əsasən, təyyarə Bəhreyndəki Şeyx İsa aviabazasından
havaya qalxıb. Çoxsaatlıq missiya zamanı o, Hörmüz boğazı üzərindən
uçaraq Fars körfəzi ilə Oman körfəzi arasında hərəkət edib. Uçuş
aşağı hündürlükdə – təxminən 6 min metrdə həyata keçirilib.