ABŞ Rusiyaya qarşı sanksiya siyahılarına dörd şəxs və üç təşkilat əlavə etdi

Baş səhifə

Bakı. Trend:

ABŞ hakimiyyəti Rusiyaya qarşı sanksiya siyahılarına daha üç
hüquqi şəxs və daha dörd fiziki şəxsi əlavə edib.

Trend-in
məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici
Aktivlərə Nəzarət İdarəsinin mətbuat açıqlamasında deyib.




Sənədə əsasən, sanksiyalar kiberməkandakı fəaliyyətlə əlaqədar
tətbiq olunur.

Xüsusilə, BƏƏ-də qeydiyyatdan keçmiş “Advance Security
Solutions” və “Special Technology Services LLC FZ” şirkətləri,
eləcə də “Matrisa” MMC sanksiyalara məruz qalıb.