Məşhur aktyor yeni filmində “ABŞ prezidenti” olacaq

Baş səhifə

Bakı. Trend:

“Oskar” mükafatı laureatı olan Hollivud ulduzu Tom Henks
çəkilişi planlaşdırılan “Linkolin Bardoda” adlı bədii filmdə
ABŞ-nin 16-cı prezidenti Abraham Linkoln obrazını
canlandıracaq.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Filmin sujet xətti Linkolnun 11 yaşında həyatdan köçmüş oğlu
Uilyamla olan münasibətləri üzərində qurulub.




Məlumata görə, müəlliflər filmdə sevgi, empatiya və kədər
mövzularını canlı, vəfat etmiş, real həyatda mövcud olmuş və
uydurma personajlar vasitəsilə qabartmağa çalışacaq.

Filmin rejissoru Duk Conson olacaq, Tom Henks isə layihənin
həmmüəssisi (soprodüseri) kimi çıxış edəcək. Bildirilir ki, aktyor
anası Nensi Henks xətti üzrə Abraham Linkolnun uzaq qohumudur.