Oğuzda maşın ağaca çırpılıb, xəsarət alanlar var

Baş səhifə

Bu gün gecə saat 02:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü – 23 yaşlı Səddam Allahverdiyev, sərnişinləri – 24 yaşlı Cəmil Şərifli və 25 yaşlı Okan Həmidli xəsarət alıb.

Araşdırma aparılır.