Sülh Şurasının saytı istifadəyə verildi

Baş səhifə

Bakı. Trend:

Sülh Şurasının saytı istifadəyə verilib.

Trend xəbər verir ki,
“boardofpeace.org” ünvanı ilə fəaliyyətə başlayan saytın ilk
səhifəsində Azərbaycanla bərabər digər 26 təsisçi üzv dövlətlərin
adları qeyd olunub. İlk səhifədə şuranın əsas prinsipləri yer
alıb.

Saytda Şuranın Xartiyası, Qəzza sülh planı, sənədlər və
keçirilmiş görüşlərə dair məlumatlar yerləşdirilib.

Həmçinin, saytda şuranın və Qəzza İdarə Heyətinin üzvləri ilə
tanış olmaq mümkündür.