UEFA “Benfika”nın şikayətini rədd etdi

Baş səhifə

Bakı. Trend:

UEFA “Real”ın yarımmüdafiəçisi Federiko Valverde barədə
“Benfika” ilə matçdakı insidentə görə sanksiya tətbiq
etməyəcək.

Trend xəbər verir ki,
Portuqaliya klubu Lissabonda keçirilən Çempionlar Liqasının 1/8
final play-off oyununda ispaniyalılara 0:1 hesabı ilə uduzub.
Oyunun 82-ci dəqiqəsində Valverde rəqib müdafiəçisi Samuel Dala
zərbə endirib. Dal başını tutaraq yerə düşüb. Uruqvaylı futbolçu
oyunun baş hakimi François Letexier tərəfindən
cəzalandırılmayıb.




“Benfika” UEFA-ya şikayət edərək Valverdenin bu epizodda qırmızı
vərəqə almalı olduğunu bildirib. UEFA portuqaliyalıların şikayətini
rədd edib. Beləliklə, Valverdenin hərəkətləri üzrə əlavə cəza
tətbiq olunmayacaq.