
Bakı. Trend:
Slovakiyanın Baş naziri Robert Fitso ölkənin elektrik şəbəkəsi
operatoruna Ukraynaya elektrik enerjisinin ixracının dayandırılması
ilə bağlı müraciət edib.
Trend xəbər verir ki, bu
barədə o, feysbuk sosial şəbəkəsindəki səhifəsində məlumat
paylaşıb.
Baş nazir qeyd edib ki, bu addım Kiyevin “Drujba” neft kəməri
vasitəsilə neft nəqlini hələ də bərpa etməməsi ilə bağlıdır.
Fitsonun bildirdiyinə görə, bu gündən etibarən Ukrayna
Slovakiyadan enerji sisteminin sabitləşdirilməsi üçün yardım
istəsə, həmin dəstəyi ala bilməyəcək.


