
Bakı. Trend:
“Times Higher Education” (THE) Türk Dövlətləri üzrə ilk yeni
reytinqini açıqlayıb.
Koç Universiteti region üzrə 248 ali təhsil müəssisəsi arasında
1-ci, Orta Doğu Texniki Universiteti 2-ci və Sabancı Universiteti
3-cü yeri tutub. Qazaxıstanın Nazarbayev Universiteti 4-cü,
Özbəkistanın Daşkənd Suvarma və Kənd Təsərrüfatının
Mexanikləşdirilməsi İnstitutu isə 7-ci olmaqla ilk onluqda
qərarlaşıblar. UNEC isə Azərbaycanda 1-ci, ümumi reytinqdə 14-cü
olmaqla ilk 15-likdə yer alıb.
Ümumilikdə, 109 universitetlə reytinqdə ən çox təmsil olunan
ölkə Türkiyədir. Reytinq Türk Dövlətləri Təşkilatının 5 üzv
dövlətini – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və
Özbəkistanı əhatə edən THE Dünya Universitetləri Reytinqi 2026-nın
filtr edilmiş versiyasıdır. Qiymətləndirmə universitetlərin əsas
missiyaları üzrə 17 çəkili indikator əsasında aparılıb.


