
Bakı. Trend:
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Kırna və
Qızılca kəndlərində seçiciləri ilə növbəti görüşünü keçirib.
Yeni Azərbaycan Partiyasının Culfa rayon təşkilatının sədri
Qadir İbrahimovun da iştirak etdiyi görüşlərdə deputat seçicilərin
müraciətlərini, təkliflərini dinləyib, onları maraqlandıran
sualları cavablandırıb.
Seçicilər görüşlərdən məmnunluqlarını ifadə ediblər.
Milli Məclisin deputatı Kırna kəndində şəhid Göydağlı Ramazan
Əbülfət oğlunun və Qızılca kəndində şəhid Rzayev Kənan Əbdürrəhman
oğlunun məzarlarını da ziyarət edib.


