Mingəçevirdə qadın bıçaqlanıb, şübhəli bilinən əri saxlanılıb

Baş səhifə
Mingəçevirdə qadın bıçaqlanıb, şübhəli bilinən əri saxlanılıb

Mingəçevirdə qadın bıçaqlanıb, şübhəli bilinən əri saxlanılıb.

“Report”un Qərb bürosunun məlumatına görə, Mingəçevir şəhər ərazisində 2003-cü il təvəllüdlü T.Kərimova mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən isə onun əri, 2000-ci il təvəllüdlü E.Kərimovdur.

O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.