Energetika Nazirliyində növbəti vətəndaş qəbulu keçirildi (FOTO)

Baş səhifə

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə növbəti
vətəndaş qəbulu keçirilib.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.




Bildirilib ki, Energetika Nazirliyində təşkil olunan qəbul
zamanı istilik enerjisi sərfiyyatı üzrə borcun yaranması, elektrik
verilişi xəttinin mühafizə zonası, yaşayış binasında qaz xəttinin
istismar vəziyyəti, işlə təminat və digər istiqamətlərdə
müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin
tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq
tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş
müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər
vəzifəli şəxslərin 2026-cı il üzrə vətəndaş qəbulu qrafiki
nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.