ABŞ-nin ən böyük aviadaşıyıcısı Yunanıstan sularına çatdı

Baş səhifə

Bakı. Trend:

ABŞ hərbi dəniz donanmasının ən iri aviadaşıyıcısı hesab olunan
“USS Gerald R. Ford” bir müddət əvvəl Yunanıstanın Krit adasının
sularına çatıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, gəminin Krit sahillərinə yaxın
görüntüləri “X” sosial şəbəkəsində yayılıb.




“Souda Bay” limanına aviadaşıyıcının daxil olduğunu əks etdirən
görüntülərdə onun ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstək bazasına
maddi texniki təchizat məqsədilə yan aldığı bildirilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İrana hərbi zərbələrin
endirilməsi variantını nəzərdən keçirdiyi bir vaxtda – fevral
ayının əvvəlində aviadaşıyıcı zərbəçi qrupun Yaxın Şərqə
göndərilməsi barədə göstəriş verib.