Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində sonuncu oyunda məğlub olub

Baş səhifə
Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində sonuncu oyunda məğlub olub

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Beynəlxalq İnkişaf Turnirində sonuncu oyuna çıxıb.

“Report”un məlumatına görə, yığma 5-ci yer uğrunda görüşdə Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş rəqibin qələbəsi ilə bitib – 1:0.

Xatırladaq ki, U-18 daha əvvəl keçirdiyi matçlarda Rusiya (1:7) və Özbəkistana (1:3) məğlub olub, Belarusa qalib gəlib – 1:0.