
Bakı. Trend:
Xaçmaz Rayon Polis Şöbəsində Polis Akademiyasına qəbul olmaq
istəyən abituriyentlər və onların valideynləri ilə maarifləndirici
görüş keçirilib.
Trend xəbər
verir ki, tədbirdə şöbənin rəisi, polis polkovniki Samir Məcidov
iştirak edərək çıxışında polis peşəsinin cəmiyyət üçün
əhəmiyyətindən danışıb, bu şərəfli yolu seçmək istəyən gənclərə
tövsiyələrini verib.
Görüşdə həmçinin son illərdə Polis Akademiyasını bitirərək
hazırda Xaçmaz RPŞ-də xidmət edən əməkdaşlar da iştirak ediblər.
Onlar qəbul prosesindəki təcrübələrini bölüşüb, abituriyentləri
maraqlandıran sualları cavablandırıblar və real xidmət nümunələri
ilə gəncləri motivasiya ediblər.
Səmimi və interaktiv mühitdə keçən görüş gənclərin polis
peşəsinə marağının daha da artmasına, valideynlərin isə
övladlarının seçimləri ilə bağlı daha dolğun məlumat əldə etməsinə
şərait yaradıb.


