Avtomobil qəzası baş verdikdə sürücülər nə etməlidir?

Baş səhifə

Bakı. Trend:

Avtomobili olan istənilən sürücünü ən çox maraqlandıran
suallardan biri də qəza zamanı nə etməli olduğudur. Həyəcan,
stress, qəza səbəbilə yaranan tıxac…Qəza zamanı nə etməli
olduğunuzu öncədən bilməyiniz qəza anında daha təmkinli
davranmağınıza kömək edəcək.

Bəs belə hallarda nə etməliyik?

Qəzada xəsarət alan şəxslər varsa, ilkin olaraq Təcili Tibbi
Yardıma məlumat verməyiniz çox vacibdir.

Qəza hadisəsinin rəsmi sənədləşdirilməsi üçün 102 nömrəsinə zəng
edərək Yol Patrul

Xidmətinin əməkdaşlarına məlumat verməlisiniz. Hadisə yerinə
yaxınlaşan polis əməkdaşı tərəfindən tərtib olunan sənədlər sonrakı
araşdırma və sığorta qiymətləndirilməsində vacib rol oynayır.

Növbəti addımda siz öz sığorta şirkətinizə zəng vuraraq hadisə
haqqında məlumat verməlisiniz. Əgər avtomobilin hansı şirkətdə
sığortalandığını bilmirsiniz və ya unutmusunuzsa, 9707 qısa
nömrəsinə dövlət qeydiyyat nişanı nömrəsini göndərməklə şirkət
adını öyrənə bilərsiniz.

Qəza hadisəsinin düzgün qiymətləndirilməsi üçün tövsiyə olunur
ki, sığorta nümayəndəsi və ya yol polisi hadisəyə baxış keçirmədən
avtomobilin yerini dəyişməyəsiniz. Lakin, əlavə qəza riski varsa,
yaxud yol hərəkətinə maneə yaranırsa, avtomobilin yeri dəyişilə
bilər.

Yaxşı bəs sığorta ödənişini almaq yaxud maşını təmir etdirmək
üçün sığorta şirkətinə hansı sənədlər təqdim olunmalıdır?




• Sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsi,

• Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (texniki
pasport),

• DYP tərəfindən verilmiş sənədlər,

• Hadisə ilə bağlı qarşı tərəfə aid zəruri sənədlər.

Unutmayaq ki, icbari sığorta yalnız yol-nəqliyyat hadisəsi
nəticəsində avtomobili zərər görmüş şəxsin xərclərini qarşılayır.
Yəni, qəza zamanı günah sizdədirsə, sizə dəyən zərər icbari sığorta
tərəfindən qarşılanmayacaq.

Qəza zamanı maddi zərər çəkməmək üçün günahın kimdə olmasından
asılı olmayaraq avtomobilinizə dəyən zərəri ödəyən Tam KASKO
sığortası əldə edə bilərsiniz.

PAŞA Sığortanın təklif etdiyi Tam KASKO sığortası avtonəqliyyat
hadisəsi, atılmış və düşmüş əşya, iribuynuzlu heyvanların hərəkəti
nəticəsində, oğurluq və soyğunçuluq, yanğın və partlayış, təbii
fəlakətlər zamanı avtomobilinizə dəyən zərəri qarşılayır. Bu zaman
siz ödəniş almaq istəmədəyiniz zaman, avtomobilinizi ya rəsmi, ya
da qeyri-rəsmi servisdə təmir etdirmək imkanına sahib
olacaqsınız.

Ətraflı məlumat üçün *7000 – Sığorta məsləhətləri xətti ilə
əlaqə saxlaya və ya https://pasha-insurance.az/az/avtomobilin-tam-kasko-sigortasi
linki vasitəsilə müraciət edə bilərsiniz.