“Reform UK” partiyası deportasiya üçün yeni qurum yaratmağı planlaşdırır

Baş səhifə

Bakı. Trend:

Sağçı populist “Reform UK” partiyası seçkilərdə qalib gələrsə,
hər il 288.000 insanı deportasiya etmək üçün Amerika İmmiqrasiya və
Gömrük Mühafizəsi (ICE) xidmətinin Böyük Britaniya ekvivalentini
yaratmaq niyyətindədir.

Trend xəbər verir
ki, bu barədə “The Guardian” məlumat yayıb.




Nəşrin məlumatına görə, Britaniya İmmiqrasiya Departamentinin
ekvivalenti “Britaniya Deportasiya Komandanlığı” adlanacaq.

Qeyd olunur ki, Britaniya İmmiqrasiya Departamenti eyni vaxtda
24.000 miqrantı qəbul edə biləcək və ildə 288.000 insanı ölkədən
çıxarmağa imkan verəcək, gündə beşə qədər uçuş təşkil ediləcək.