Pakistan qüvvələri Əfqanıstanda 80-dən çox terrorçunu məhv edib

Baş səhifə
Pakistan qüvvələri Əfqanıstanda 80-dən çox terrorçunu məhv edib

Pakistan gecə saatlarında həyata keçirdiyi hava zərbələri nəticəsində Əfqanıstanda 80-dən çox qiyamçını zərərsizləşdirib.

“Report”un “Daily Pakistan”a istinadən xəbərinə görə, bu barədə güc strukturlarındakı mənbələr məlumat yayıb.

“Kəşfiyyat məlumatları əsasında Əfqanıstanın üç əyalətində – Nanqarhar, Paktika və Xostda qiyamçıların yeddi baza mərkəzi məhv edilib və 80-dən çox silahlı zərərsizləşdirilib”, – məlumatda qeyd olunub.