“Qarabağ”ın “Nyukasl”la səfər oyununu tanınmış hakim idarə edəcək

Baş səhifə

Bakı. Trend:

UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə
“Nyukasl” və “Qarabağ” komandaları arasında keçiriləcək cavab
oyununa təyinatlar açıqlanıb.

Trend-in
məlumatına görə, görüşü İtaliyadan olan hakimlər briqadası idarə
edəcək. Matçın baş hakimi tanınmış FIFA referisi Davide Massa
olacaq. Ona yan xətt hakimləri Filippo Meli və Stefano Alassio
kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Payretto yerinə
yetirəcək.




VAR hakimi Daniele Çiffi, onun köməkçisi almaniyalı Kristian
Dinqert olacaq.

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə “Sent Ceyms Park”
stadionunda təşkil olunacaq “Nyukasl” – “Qarabağ” oyunu Bakı vaxtı
ilə saat 00:00-da başlayacaq. İlk matçda İngiltərə klubu 6:1
hesablı qələbə qazanıb.