Dünya Kuboku: Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş medal qazanıb

Baş səhifə
Dünya Kuboku: Mixail Malkin qızıl, Tofiq Əliyev gümüş medal qazanıb

Azərbaycan gimnastları Tofiq Əliyev və Mixail Malkin Bakıda keçirilən Dünya Kubokunda uğurlu çıxış ediblər.

“Report”un məlumatına görə, tamblinqçilərin hər ikisi medal qazanıblar.

Tofiq Əliyev gümüş, Mixail Malkin qızıl mükafata sahib çıxıb.

Milli Gimnastika Arenasında təşkil olunan batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku bu gün başa çatacaq. Daha əvvəl batutçu Selcan Mahsudova da gümüş medala yiyələnib.