
Bakı. Trend:
ABŞ yerli sakinlərə tibbi yardım göstərmək üçün Qrenlandiya
sahillərinə xəstəxana gəmisi göndərəcək.
Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth
Social” sosial şəbəkəsində yazıb.
“Luiziana ştatının möhtəşəm qubernatoru Ceff Lendri ilə
tərəfdaşlıq çərçivəsində, orada heç kimin fərqində olmadığı
çoxsaylı xəstə insanlara qulluq etmək üçün Qrenlandiyaya gözəl bir
xəstəxana gəmisi göndərəcəyik. O artıq yoldadır”, – deyə o
bildirib.


