
Bakı.Trend:
Ötən ay tütün məmulatlarının istehsalı 37,4 faiz artıb.
Trend xəbər
verir ki, bu barədə Dövlət Statistika Komitəsinin dərc etdiyi aylıq
statistikada qeyd olunub.
Məlumata görə, qida məhsullarının istehsalında 0,6 faiz, içki
istehsalında isə 6,4 faiz azalma müşahidə olunub.
Bu sahələrin əsas məhsullarından duru bitki yağlarının istehsalı
15,6 faiz, siqaretlərin istehsalı 38,1 faiz, pivə istehsalı isə 3,6
faiz artıb.


