ABŞ-da ÜDM artımı IV rübdə gözləntilərdən aşağı oldu

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin dördüncü rübündə ABŞ iqtisadiyyatında artım tempi
proqnozlardan daha aşağı olub.

Trend xəbər verir
ki, bu barədə ABŞ-nin Ticarət Departamenti məlumat yayıb.




Bildirilib ki, üçüncü rübdə ÜDM 4,4 faiz artdığı halda, növbəti
rübdə bu göstərici cəmi 1,4 faiz təşkil edib. İqtisadçılar isə 3
faizlik artım proqnozlaşdırırdılar.

Zəif iqtisadi nəticənin əsas səbəbi kimi hökumətin fəaliyyətinin
müvəqqəti dayandırılması – şatdaun göstərilir.