
Bakı. Trend:
Real Madridin mərkəz müdafiəçisi Din Heysen zədə alıb.
Trend xəbər verir
ki, Madrid klubu futbolçunun sağ ayağının baldır əzələsində zədə
diaqnozu qoyulduğunu açıqlayıb.
“Real” bərpa müddətini rəsmi olaraq açıqlamayıb.
Müdafiəçi CA Osasuna ilə oyun ərəfəsində narahatlıq səbəbindən
məşq etməyib və Pamplonada keçiriləcək İspaniya çempionatı matçını
buraxacaq. Bununla belə, klub futbolçunun Çempionlar Liqasında SL
Benficaya qarşı cavab görüşünə qədər sağalacağına ümid edir.
Qeyd edək ki, Heysenin zədəsi ciddi deyil və onun 5–7 gün
meydanlardan kənarda qalacağı bildirilir.


