
Bakı. Trend:
İspaniya çempionatının 25-ci turunda “Atletik Bilbao” “Elçe”ni
2:1 hesabı ilə məğlub edib.
Trend-in
məlumatına görə, Qorka Quruzeta 64-cü dəqiqədə hesabı açıb. Beş
dəqiqə sonra Andre Silva penalti zərbəsi ilə bərabərlik qolunu
vurub. Quruzeta 89-cu dəqiqədə ikinci dəfə fərqlənərək ev
sahiblərinin qələbəsini təmin edib.
25 turdan sonra “Atletik” 34 xalla səkkizinci pillədə
qərarlaşıb, 25 xala malik “Elçe” isə 16-cı yerdədir. Növbəti turda
“Elçe” “RCD Espanyol”la, “Atletik Bilbao” isə “Rayo Valyekano” ilə
üz-üzə gələcək.


