Almaniyada 30 minə yaxın iş yerinin ixtisarı gözlənilir

Baş səhifə

Bakı. Trend:

Mürəkkəb iqtisadi vəziyyət və struktur dəyişiklikləri fonunda
Bavariyada metal emalı və elektrotexnika sənayesində təxminən 30
min iş yerinin ixtisar edilə biləcəyi bildirilir.

Trend xəbər verir
ki, bu barədə Die Zeit qəzeti məlumat yayıb.




Təşkilatın regional bölməsinin rəhbəri Horst Ot qeyd edib ki,
Bavariyada fəaliyyət göstərən şirkətlər artıq 32 min iş yerinin
ixtisarına başlayıb və ya bu barədə elan veriblər. Onun sözlərinə
görə, yalnız avtomobil sənayesində işdənçıxarmalar müəssisələrin 54
faizinə təsir edəcək.

Eyni zamanda, cəmi 3 minə yaxın yeni iş yeri yaradılıb. Horst Ot
müdafiə sektorunun inkişafının hələlik mövcud problemləri həll
etməyə qadir olmadığını vurğulayıb. Onun qiymətləndirməsinə əsasən,
avtomobil sektorunda hər 10 ixtisara qarşı müdafiə sənayesində cəmi
bir yeni iş yeri açılır.