Braziliya millisinin sabiq üzvü klubsuz qaldı

Baş səhifə

Bakı. Trend:

Filippe Koutinyo Braziliyanın “Vasko Da Qama” klubundan
ayrılıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı hücumameyilli
yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılı əsasında xitam
verilib.




Braziliya millisinin sabiq üzvü özü klubdan ayrılmaq
istəyib.

Qeyd edək ki, Filippe Koutinyo 2025-cü ilin yayından “Vasko Da
Qama”nın formasını geyinirdi.