
Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Gran Tierra Energy
Inc.” şirkəti arasında Azərbaycan Respublikasının Quba–Xəzəryanı
regionunda yerləşən qurudakı perspektiv sahəsi üzrə Kəşfiyyat,
İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb.
Trend bu
barədə SOCAR-a istinadən xəbər verir.
Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Gran Tierra Energy
Inc.” şirkətinin prezidenti və baş icraçı direktoru Gary Guidry
imzalayıblar.
Sazişin şərtlərinə əsasən, layihənin operatoru qismində çıxış
edəcək “Gran Tierra Energy Inc.” 65% iştirak payına malik olacaq.
Geoloji kəşfiyyat iş proqramına qravimetrik məlumatların
toplanması, 3D seysmik tədqiqatların aparılması və müqavilə
sahəsinin karbohidrogen potensialının üzə çıxarılmasına yönəlmiş
kəşfiyyat quyularının qazılması daxildir.
Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən
ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.


