
“Express Lombard” ASC-nin səhmdar strukturunda dəyişiklik baş verib və şirkətin sahibi tam şəkildə dəyişib.
“APA-Economics” bu barədə şirkətə istinadən xəbər verir. Məlumata görə, ASC-nin səhmdarları Həsənov Rifat Vaqif oğlu və Cabbarova Leyla Vaqif qızı özlərinə məxsus səhmləri tam həcmdə digər səhmdar Həsənov Nicat Vaqif oğluna bağışlayıblar.
Bağışlanmış səhmlər və səhmdarların reyestrinə edilmiş müvafiq dəyişikliklərə əsasən, Həsənov Nicat Vaqif oğlu hazırda “Express Lombard” ASC-nin nizamnamə kapitalının 100%-nə sahib olan yeganə səhmdardır.


