Basketbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yekun vurulacaq

Baş səhifə
Basketbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yekun vurulacaq

Basketbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinə bu gün yekun vurulacaq.

“Report” xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək oyunlarda növbəti mərhələyə vəsiqə qazanacaq daha iki komandanın adı bəlli olacaq.

Günün ilk qarşılaşması saat 16:00-da “Gəncə” və NTD klubları arasında keçiriləcək. Mərhələnin son matçında, saat 19:00-da isə “Abşeron Lions” və “Şəki” kollektivləri üz-üzə gələcəklər.

Bu görüşlərdə qələbə qazanan komandalar yarımfinalda münasibətləri aydınlaşdıracaqlar. Yarımfinalın digər matçında “Sabah” “Ordu” ilə qarşılaşacaq.

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə “Ordu” “Sumqayıt”ı (93:74) “Sabah” isə “Quba”nı (113:76) məğlub edərək növbəti mərhələyə adlayıb.