
ABŞ-nin mərkəzi bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) yalnız ölkədə inflyasiya azaldığı təqdirdə baza faiz dərəcəsini azaltmağa davam etmək niyyətindədir.
“Report”un məlumatına görə, bunu FES-in yanvarda keçirilən Açıq Bazar Komitəsinin iclasının hesabatı sübut edir.
“Bəzi iştirakçılar komitənin daxil olan məlumatları diqqətlə qiymətləndirdiyi müddətdə faiz dərəcəsini bir müddət dəyişməz saxlamağın məqsədəuyğun olacağını qeyd etdilər və iştirakçıların bir çoxu inflyasiyanın azaldılması prosesinin yenidən inamla normallaşdığına dair açıq əlamətlər görünənə qədər əlavə yumşalmanın əsassız ola biləcəyini hesab etdilər”, – sənəddə bildirilir.
Eyni zamanda, bəzi görüş iştirakçıları ilin sonlarında faiz dərəcələrinin artırılmasını istisna etməyiblər. “İnflyasiya göstəriləndən daha yüksək səviyyədə qalsa, yuxarıya doğru düzəliş məqsədəuyğun ola bilər”, – hesabatda deyilir.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


