
Bakı. Trend:
Yanvar ayında Azərbaycandan Almaniyaya 43,2 milyon ABŞ dolları
dəyərində 91,3 min ton bitumlu süxurlardan əldə edilən neft və neft
məhsulları ixrac olunub.
Trend-in
Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata
görə, bu göstərici dəyər ifadəsində 2025-ci ilin eyni dövrü ilə
müqayisədə 180,1 milyon ABŞ dolları və ya 80,7 faiz az, həcm
baxımından isə 318,7 min ton və ya 77,7 faiz azdır.
Ötən ilin yanvar ayında Azərbaycandan Almaniyaya 223,2 milyon
ABŞ dolları dəyərində 410 min ton bitumlu süxurlardan əldə edilən
neft və neft məhsulları ixrac edilmişdi
Hesabat dövründə Almaniya Azərbaycanın neft və neft məhsulları
ixrac etdiyi ölkələr arasında 3-cü yeri tutub.
Qeyd edək ki, yanvar ayında Azərbaycandan dünyanın 11 ölkəsinə
ümumilikdə 1,238 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan
əldə edilən 2,643 milyon ton xam neft və neft məhsulları ixrac
olunub.

