Azərbaycanda elektron siqaret çəkən şəxslər bu qədər cərimələnəcək – MƏBLƏĞ

Baş səhifə

Bakı. Trend:

Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı,
topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə
cərimələr müəyyənləşdiriləcək.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan İnzibati
Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində
öz əksini tapıb.

Qanun layihəsinə əsasən, “Tütün məmulatlarının istifadəsinin
məhdudlaşdırılması haqqında” Qanunula qadağan edilmiş yerlərdə,
küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin
istifadəsinə görə 30 manat məbləğində cərimə
ediləcək.




Elektron siqaretlərin və onların komponentlərinin idxalı,
ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə
saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş
mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500
manatadək məbləğdə, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək
məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə
cərimə ediləcək.

Qanun təsdiqlənəcəyi təqdirdə, 2026-cı il aprelin
1-dən
qüvvəyə minəcək.

Qeyd edək ki, Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı,
istehsalı, saxlanılması, satışı və istifadəsinə qadağa
2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.