
“Gooddshop Yoyogurt” komandasının üzvü olan italiyalı velosipedçi Françesko Madzoleni avtomobil tərəfindən vurularaq vəfat edib.
“Report” xəbər verir ki, bu barədə onun klubu məlumat yayıb.
18 yaşlı idmançı İtaliyanın şimalında yerləşən Bartsana kommunası yaxınlığında baş verən hadisədə aldığı ağır xəsarətlər nəticəsində dünyasını dəyişib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


