İtaliya çempionu mozambikli futbolçu transfer edəcək

Baş səhifə

Bakı. Trend:

Mozambik millisinin və “Sportinq”in yarımmüdafiəçisi Ceni Katamo
“Napoli”nin transfer siyahısındadır.

Trend “A
Bola”ya istinadən xəbər verir ki, İtaliya çempionu 25 yaşlı vinger
üçün indidən danışıqlara start verib. Neapol klubunun bu transferdə
işi asan olmayacaq. Belə ki, Katamo “Lion” və Səudiyyə Ərəbistanı
klublarının da maraq dairəsindədir.




“Sportinq” Katamonun transferindən 30 milyon avro gəlir əldə
etmək istəyir. O, bu mövsüm klubun bütün yarışlarında 27 oyunda
meydana çıxıb, altı qol vurub və dörd məhsuldar ötürmə edib.
Katamonun “Sportinq”lə müqavilə müddəti 2028-ci il iyunun 30-na
qədərdir. O, “Amora”, “Vitoriya Gimarayeş”, “Maritimo” klublarında
da oynayıb.