
Bakı. Trend:
La Liqada “Jirona” ilə “Barselona” arasında keçiriləcək
qarşılaşmanı Sezar Soto Qrado idarə edəcək.
Trend xəbər verir ki,
Hakimlər Komitəsinin qərarına əsasən VAR sisteminə David Qalves
cavabdeh olacaq.
Bu, Soto Qradonun cari mövsümdə kataloniyalıların iştirak etdiyi
üçüncü oyunu olacaq. O, daha əvvəl ölkə kubokunda “Qvadalaxara” ilə
görüşdə, həmçinin “Santyaqo Bernabeu”da baş tutan və “Real”ın 2:1
hesablı qələbəsi ilə nəticələnən El-Klasikoda ədaləti qoruyub.
Hakim indiyədək “Barselona”nın 16 matçında iş başında olub. Bu
oyunlarda komanda yeddi qələbə qazanıb, üç heç-heçə edib və altı
dəfə məğlub olub.
Soto Qradonun əvvəlki görüşlərdə qəbul etdiyi bəzi qərarlar –
ləğv olunan qollar, dəyişdirilən penaltilər və mübahisəli vərəqələr
– səbəbindən bu təyinat həm azarkeşlər, həm də komandalar üçün
diqqət mərkəzindədir.


